Ramin

Bakıda azərbaycanlı və türkiyəli qadınların əl işlərindən ibarət ənənəvi xeyriyyə sərgisi açılmışdır

85 456
0
0
00:54

Опубликовано:

Bakı, 7 mart (AzərTAc). Martın 7-də Gəncliyə Yardım Fondunda Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı və türkiyəli qadınların əl işlərindən ibarət 9-cu xeyriyyə sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri, Türkiyə səfirliyinin əməkdaşları və KİV təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Çıxış edənlər fondun xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirmiş, sərgiyə əl işlərini təqdim etmiş qadınlara minnətdarlıqlarını bildirmiş, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onları təbrik etmişlər.
Bildirilmişdir ki, sərgidən əldə olunan vəsait xeyriyyə tədbirlərinə sərf edilir. Builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait “101 arzunu gerçəkləşdir” layihəsinə xərclənəcəkdir. Layihə çərçivəsində Bakı şəhərində yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşaq seçiləcək və sərgidən əldə olunan gəlirlər onların arzularının gerçəkləşməsinə sərf ediləcəkdir.
Sonra iştirakçılar 4 gün davam edəcək sərgi ilə yaxından tanış olmuşlar.

Следующее видео