Zahid Baku

Bakıda piyada keçidində idmançı və itinin ölüm anı

78 039
0
0
00:36

Опубликовано:

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən (28.06.2017) avtomobil qəzasına düşüb.

Məlumata görə, qəza Nobel prospekti Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sürücü ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib.

Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub.

Следующее видео